15
sentyabr - "Bilik Günü" Bolqarıstanın Azərbaycandakı
səfiri xanım Maya Xristova Bakı Slavyan Universiteti
nəzdində Məktəb-Lisey Kompleksində 7-11-ci sinif
şagirdləri üçün mühazirə oxudu. Mühazirəyə universitetin
bolqarşünas tələbələri də dəvət edilmişdilər.
Bu tədbir Azərbaycan Respublikası Prezidenti yanında
Bilik Fondunun təşəbbüsü ilə keçirilirdi. Səfir
Bolqarıstan Respublikası, Azərbaycan-Bolqarıstan
əlaqələri, Bolqarıstan məktəblərində təhsil və bu ölkədə
təhsil alma imkanları barədə geniş söhbər açdı. Bolqar
mədəniyyəti, adət-ənənələri, mətbəxi ilə bağlı
şagirdlərin çoxsaylı suallarını cavablandırdı. Səfir
şagirdlərin ingiliscə nitqi və dünyagörüşü səviyyəsindən
çox razı qaldı.
Kompleksin direktoru İlahə Carçıyeva xanım Maya
Xristovanı məktəblə tanış etdi. Qonağa əsaslı təmirdən
sonra ölkə Prezidenti möhtərəm İlham Əliyevin məktəblə
tanışlığını əks etdirən fotostend təqdim olundu. Səfirə
Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsində
kompleksin iştirakı barədə də məlumat verildi.
Bolqarıstan səfiri ölkəmizdə təhsilə olan diqqətdən
məmnun qaldığını bildirdi. |