Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Akademik Zərifə Əliyeva adına Liseydə işə yeni qəbul olunmuş müəllimlər and içiblər

 

Böyütmək üçün şəkili seçinAkademik Zərifə Əliyeva adına liseydə yeni dərs ilinin başlanması münasibəti ilə tədbir keçirilib. Tədbirdə liseyin direktoru Məhəbbət  Vəliyeva çıxış edərək şagirdləri, müəllim kollektivini və valideynləri "Bilik Günü" münasibəti ilə təbrik edib. Liseyin  ötən dərs ilində əldə etdiyi nailiyyətlər haqqında məlumat verən M. Vəliyeva  bildirib ki, liseyin 188 məzunundan 56 nəfəri qəbul imtahanlarında  600-dən çox bal toplayaraq nüfuzlu ali təhsil müəssisələrinin tələbəsi adını qazanıb. Builki dərs ilində liseydə 655 şagird təhsil alır. Ötən illərdən fərqli olaraq liseydə bu il 8-ci siniflər açılıb.

Tədbirdə iştirak edən qonaqlar da yeni dərs ilinin başlanması münasibəti ilə şagirdləri təbrik edib, onlara dərslərini yaxşı oxumağı və həmişə müəllimlərinin tapşırıqlarına əməl etməyi, Vətənimizə layiq şəxsiyyət kimi formalaşmağı tövsiyə ediblər.

Tədbirdə liseyə işə yeni qəbul olunmuş üç müəllimin andiçmə mərasimi keçirilib. Daha sonra ötən dərs ilinin məzunları arasında ən çox bal toplayan,  təhsildə əldə etdiyi uğurlara görə qızıl medala layiq görülən, həm də eyni anda 3 ali məktəbə daxil olub,  hazırda Türkiyənin Bilkənt Universitetinə 100% təqaüd qazanmış Elvin Hacızadənin valideyni çıxış edərək övladının qazandığı nailiyyətlərdə liseyin müəllimlərinin əvəzsiz rolunu qeyd edib, onlara öz minnətdarlığını bildirib.

Liseyin şagirdləri və incəsənət xadimləri ifa etdikləri musiqi nömrələri ilə tədbir iştirakçılarını təbrik ediblər.  Nəhayət, hamının həyəcanla  gözlədiyi yeni dərs ilinin ilk zəngi səslənərək şagirdləri sinif otaqlarına dəvət edib.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov