"Lake
Pearls" (Ezerskie Biserı) musiqi festivalında ölkəmizi
6 yaşlı Selcan Museyibova təmsil edib.
Selcan Müseyibova 2008-ci ildə Bakıda doğulub. Heydər
Əliyev adına liseyin 1-ci "a" sinfində təhsil alır.
Sentyabrın 15-də "Bilik Günü"ndə o, bəlkə də hamıdan
çox məktəbə tələsirdi. Çünki məhz həmin gün öz
müəlliminə rəngli boyalarla çəkdiyi rəsmləri
göstərəcək, öyrəndiyi nağılları, tapmacaları, Xəzər
televiziya kanalında yayımlanan "Bizim gün"
verilişindəki çıxışlarını, uğurlarını müəlliminə
söyləyəcəkdi.
...Məktəbin həyətində böyük izdiham var idi. Hər kəsin
əlində gül dəstələri ilk zəngin çalınmasını gözləyirdi.
Selcan da balacaların arasında idi. Nəhayət,
səbirsizliklə gözlənilən an yetişdi və zəng çalındı.
Sevincindən nə edəcəyini bilməyən qızcığaz uşaqlara
qoşulub məktəbə daxil oldu. Bəli, bu gün müəllimi onu
doyunca dinləyəcək, qazandığı uğurlarla tanış olacaqdı.
Biləcəkdi ki, Makedoniyanın Struqa şəhərində keçirilən
İsrail, Almaniya, Bolqarıstan, Rusiya, Ukrayna, Malta,
İspaniya, İtaliya və digər dövlətlər daxil olmaqla 27
ölkədən 400-ə yaxın təmsilçinin qatıldığı müsabiqədə
ölkəmizi 6 yaşlı Selcan Museyibova təmsil edib. O, 10
gün davam edən festival günlərində 2 dəfə səhnəyə
çıxaraq kiçikyaşlı iştirakçılar arasında " Ən yaxşı səs"
nominasiyasına layiq görülüb. Eyni zamanda o, ötən il
Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçirilən
"Golden Sparkles European Music" festivalına ilk dəfə
qatılaraq Azərbaycanı təmsil edib.
Özünə güvənən qızcığaz bu gün ömrünün nağıllı günlərini
daha rəngarəng edəcək bir dünyaya qovuşdu, məktəb
dünyasına.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |