Bakıdakı
13 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanması
münasibəti ilə tədbir keçirilib.
Təhsili millətin gələcəyi hesab edən ümummilli lider
Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsi yolunda misilsiz xidmətlərindən
danışan tədbirin aparıcıları məktəb kollektivi adından
təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısı
İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti,
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya
minnətdarlıqlarını bildiriblər.
Məktəbin direktoru, əməkdar müəllim Yaqut Sadıqova
"Bilik Günü" münasibətilə pedaqoji kollektivi,
şagirdləri, xüsusən də birinci sinfə yeni qədəm
qoyanları, onların valideynlərini təbrik edib.
Bildirib ki, hazırda məktəbdə 1113 şagird təhsil alır.
Bu il 155 şagird birinci sinfə qəbul olunub.
Tədbirdə iştirak edən Yasamal Rayon İcra
Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
nümayəndələri birinciləri təbrik edib, onlara və
müəllimlərə uğurlar arzulayıblar.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |