Sentyabrın
17-də BSU Məktəb-Lisey Kompleksində Almaniya səfiri
xanım Haydrun Tempel, Almaniya Bundestaqının deputatları
xanım Daqmar Vörl və cənab Peter Ramsauer Alman dili
mərkəzinin açılışında iştirak etdilər, bu tədris ilindən
kompleksdə alman dilini öyrənməyə başlayan beşinci sinif
şagirdlərinə hədiyyələr təqdim etdilər.
Məktəb-Lisey Kompleksinin direktoru İlahə Carçıyeva
kompleks haqqında, burada xarici dillərin, o cümlədən
alman dilinin tədrisi vəziyyəti barədə geniş məlumat
verdi. Bildirildi ki, alman dili bütün lisey
siniflərində əsas xarici dillərdən biri kimi tədris
olunur, bu ildən isə məktəb siniflərində ikinci xarici
dil kimi tədris edilməyə başlayıb. Keçən tədris ilindən
Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə
Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey
Kompleksi DSD məktəblər şəbəkəsinə (Almaniya attestatı
almaq imkanı verən xarici məktəblər şəbəkəsi) qoşulub.
Kompleksdə metodiki işlərə Almaniyadan cəlb edilmiş
mütəxəssis rəhbərlik edir.
Kompleksin şagirdləri qonaqları maraqlı kompozisiya ilə
salamladılar. |