Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu 15
sentyabr - "Bilik Günü" münasibətilə tanınmış alimlərin
bölgələrdə mühazirələrini təşkil edib.
Fondun informasiya təminatı sektorundan AzərTAc-a
bildiriblər ki, Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və dini məsələlər üzrə
dövlət müşaviri, akademik Kamal Abdullayev "İlboyu
bilik" proqramı çərçivəsində Şamaxı rayonunun Sabir
qəsəbə tam orta məktəbində ikinci dərsi aparıb.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif
Ağayev, müavinlər Qasım Qasımov, Gülnisə Ələkbərova,
təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, Yeni
Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri
Bəxtiyar Abbasov, rayon ziyalıları, müəllim və şagirdlər
iştirak ediblər.
Akademik Kamal Abdullayevin mühazirəsi məktəblilərin,
rayon ictimaiyyəti nümayəndələrinin, o cümlədən
ziyalıların böyük marağına səbəb olub.
Azərbaycanın bugünkü tərəqqi yolundan danışan dövlət
müşaviri ümummilli lider Heydər Əliyevin ideyalarını
uğurla həyata keçirən Prezident İlham Əliyevin gənc
nəslin hərtərəfli inkişafına göstərdiyi qayğıdan söz
açıb.
Sonda məktəblilərin suallarını cavablandıran
K.Abdullayev onlara maraqlı kitablar hədiyyə edib.
Məktəbin direktoru, Bilik Fondunun Şamaxı rayonu üzrə
nümayəndəsi Gülnurə Babaşova müəllim və şagirdlər
adından məktəblilərə göstərdiyi diqqət və qayğıya, eyni
zamanda, dolğun mühazirəyə görə akademik Kamal
Abdullayevə təşəkkürünü bildirib. |