Sentyabrın
15-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) "Bilik
Günü" və 2014-2015-ci tədris ilinin başlanması
münasibətilə tədbir keçirilib. AMİ-nin rəhbərliyi,
professor-müəllim heyəti, tələbə və valideynlər
institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev
Mərkəzini ziyarət ediblər, ulu öndərin büstü önünə əklil
qoyulub.
AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı çıxış edərək
institutun bütün professor-müəllim heyəti və
tələbələrini yeni dərs ilinin başlanması münasibətilə
təbrik edib və onlara uğurlar arzulayıb. Rektor qeyd
edib ki, bu gün hər kəsin həyatında çox əlamətdar bir
gündür. Ümummilli liderimiz Heydər Əliyev təhsili
millətin gələcəyi adlandırırdı, Azərbaycanın gələcəyini
gənclərdə görürdü. Bildirilib ki, bu gün cəmiyyətdə
vətənpərvər, savadlı gənclərin yetişdirilməsində
müəllimlərin üzərinə böyük vəzifə düşür. Bu baxımdan da
təhsilin, xüsusilə də məktəbin, müəllimin rolu böyükdür.
Rektor vurğulayıb ki, ulu öndər Heydər Əliyev həmişə
müəllim əməyini yüksək qiymətləndirmiş, "Mən müəllimdən
yüksək ad tanımıram" söyləmişdir. Bu, müəllimlərə
verilən ən yüksək qiymətdir. Hazırda dövlət başçısı
cənab İlham Əliyev ulu öndərimizin əsasını qoyduğu elm
və təhsil ənənələrini uğurla davam etdirir. Ölkəmizdə
dünyanın inkişaf etmiş təhsil sistemlərinə uyğun
islahatlar həyata keçirilir, təhsilə, müəllimlərə,
tələbələrə dövlət qayğısı daim artır.
Professor A.Naxçıvanlı bu il, eyni zamanda əlamətdar bir
hadisənin - Azərbaycan Müəllimlər İnstitutunun
yaradılmasının 85 illiyinin qeyd olunacağını bildirib,
institutun yubiley ilində qəbul olmuş bütün tələbələrin
digər tələbələr kimi yüksək təhsil alacaqlarına, uğurlar
qazanacaqlarına və ən əsası dövlətçiliyimizə sadiq olan
layiqli vətəndaş kimi formalaşacaqlarına inandığını qeyd
edib. Tədbir açıq elan edildikdən sonra Dövlət himni
səsləndirilib.
Sonra instituta müxtəlif ixtisaslar üzrə yüksək balla
daxil olmuş bir neçə birinci kurs tələbəsi çıxış edərək
öz təbriklərini çatdırıb, sevinclərini tədbir
iştirakçıları ilə bölüşüb. Sosial iş ixtisasına ödənişli
əsaslarla qəbul olan I kurs tələbəsi İlkin
Əlisgəndərovun valideyni, 20 yanvar əlili, təqaüdçü Rauf
Əlisgəndərov çıxış edərək Prezident cənab İlham Əliyev
tərəfindən imzalanmış və respublikamızın ərazi
bütövlüyünün və müstəqilliyinin müdafiəsi zamanı əlil və
həlak olmuş insanların uşaqlarının təhsil haqqının
dövlət vəsaiti hesabına ödənilməsini nəzərdə tutan
müvafiq sərəncamının bu kateqoriyadan olan insanlara və
onların övladlarına böyük yardım olduğunu diqqətə
çatdırıb.
Sonda instituta yüksək balla daxil olmuş bir qrup
tələbəyə tələbə vəsiqəsi və ümummilli lider Heydər
Əliyevə həsr olunmuş "Şəxsiyyətin qüdrəti" adlı kitab
təqdim edilib.
Mətbuat və informasiya şöbəsi |