Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

12 nömrəli xüsusi internat məktəbində "Arşın mal alan" operettası nümayiş etdirilib

 

Sentyabrın 18-də Təhsil Nazirliyinin dəstəyi ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "Marionet" teatrı Bakının Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində "Arşın mal alan" operettasını nümayiş etdirib.

"Milli Musiqi Günü" münasibətilə hər il ənənəvi olaraq keçirilən və sentyabrın 20-dək davam edən bu aksiyada internat məktəbinin şagirdlərinə hər gün iki tamaşa göstəriləcək. Tədbirdə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli Xüsusi internat məktəbinin şagirdləri ilə yanaşı, Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 və 2 nömrəli tam orta internat məktəbləri, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi və 1 nömrəli Ailə tipli kiçik qrup evinin şagirdləri iştirak edir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildən başlayaraq 18 sentyabr ölkəmizdə "Üzeyir musiqi günü" kimi qeyd edilir. Həmin dövrdən başlayaraq musiqi xəzinəmizin dünyada tanıdılması istiqamətində aparılan işlər artıq öz bəhrəsini verməkdədir.  Bu sahədə Heydər  Əliyev Fondunun həyata keçirdiyi tədbirlər öz miqyası ilə seçilir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" operettasının 100 illik yubileyinin YUNESKO-nun 2012-2013-cü illər üçün "Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"na daxil edilməsi bunun bariz nümunəsidir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov