Təhsil Nazirliyinin 18 nömrəli Bakı Peşə Liseyində "Müasir
Azərbaycan Peşəkarları Layihəsi" çərçivəsində "Bərbər"
ixtisası üzrə kadrların hazırlanması məqsədilə müəllim
və ustalara qısamüddətli təlimlər keçirilir.
"Eldar Studio" tərəfindən keçirilən təlimlərin əsas
məqsədi 2014-2015-ci tədris ilində "Eldar Studio" ilə
birlikdə daha 2 ilk peşə-ixtisas təhsili müəssisəsində
müasir tipli tədris emalatxanalarının yaradılması və
"Bərbər" ixtisası üzrə tədrisin keyfiyyətinin
yüksəldilməsi, mühəndis-pedaqoji heyətin bilik və
peşəkarlıq səviyyəsinin artırılmasıdır.
Təlimlər 2 mərhələ olmaqla 20 gün davam edəcək. |