22 sentyabr 2014-cü il tarixində saat 11:00-da təhsil
naziri Mikayıl Cabbarov Qusar Rayon Heydər Əliyev
Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları
rəhbərlərinin 2014-cü ilin sentyabr ayında şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq
Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən
rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 17, 18 və 19 sentyabr
tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat
Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt"
xidməti) və ya
www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul
elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə
bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki,
qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən
ərizə ilə müraciət etsinlər. |