Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Yeni tədris ilinin başlanmasına həsr olunan tədbir keçirilib

 

Böyütmək üçün şəkili seçinSentyabrın 15-də Bakı şəhərindəki 287 nömrəli "Zəkalar" liseyində yeni tədris ilinin başlanmasına həsr olunan tədbir keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru, əməkdar müəllim Aygün Əhmədli rəhbərlik etdiyi təhsil müəssisəsi barədə məlumat verib. 1992-ci ildə yaradılan lisey Azərbaycan təhsilində yeni ənənələrin təşəbbüskarı kimi tanınıb. Hər il yüksək göstəriciləri ilə ictimaiyyətin diqqətini cəlb edən "Zəkalar"ın adı son 10 ildə ölkəmizin 15 ən yaxşı məktəbinin sırasındadır. Ötən tədris ilində liseyin ali məktəblərə qəbul imtahanlarında iştirak edən məzunlarından iki nəfəri 700, 20 nəfəri 600-dən yuxarı bal toplayıb. Onlardan 3-ü medalçıdır.

Ötən tədris ili ərzində "İstedadların hazırlığı laboratoriyası" layihəsi çərçivəsındə keçirilən Respublika olimpiadasının final turunda Bakı şəhəri üzrə iştirak edən 30 şagirddən 10 nəfəri "Zəkalar" liseyinin yetirməsi olub.

Təhsil nazirinin müavini Firudin Qurbanov tədbir iştirakçılarına təhsil naziri Mikayıl Cabbarovun salamlarını və təbrikini çatdıraraq qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyası bu gün də uğurla davam etdirilir. Yeni tədris ili münasibətilə pedaqoji kollektivi və şagirdləri təbrik edən nazir müavini liseyin digər məktəblər üçün örnək olduğunu vurğulayıb. Firudin Qurbanov çıxışında liseyin şagird, müəllim və valideynlərini "Bilik Günü" münasibətilə bir daha təbrik edərək bu məktəbin əsasını qoyan və pedaqoji fəaliyyətini ömrünün sonunadək təhsil ocağında davam etdirən Rafil İmanovun xatirəsini ehtiramla yad edib.

Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev son illər sürətlənən məktəb tikintisi, təmir işləri barədə məlumat verərək rayonun bütün tədris ocaqlarında pedaqoji heyət və təhsilalanlar üçün nümunəvi şərait yaradılmasının vacib iş olduğunu bildirib.

Daha sonra valideynlər adından çıxış edən Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz müəllimləri və şagirdləri təbrik edib, yüksək keyfiyyətli təhsilin insanın həyatında oynadığı roldan danışıb.

Tədbirdə Təhsil Nazirliyinin adından liseyin 6 nəfər Prezident təqaüdçüsünə hədiyyələr təqdim olunub.

Rəsmi mərasimdən sonra məktəblilərin ifasında kiçik bədii hissə nümayiş olunub.  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov