Serbiyanın
paytaxtı Belqradda güləşin yunan-Roma növü üzrə
veteranlar arasında dünya çempionatı keçirilib.
Yarışda ölkəmizi Təhsil Nazirliyinin Kürdəmir Peşə
Liseyinin fiziki tərbiyə rəhbəri Əlisahib Əliabbasov
təmsil edib. Veteran güləşçimizin yarışdığı çəki
dərəcəsində 10 ölkədən tanınmış idmançılar qələbə
uğrunda mübarizə aparıblar. Uğurlu çıxışı ilə yadda
qalan güləşçimiz bürünc medal qazanaraq fəxri kürsüyə
qalxıb. Bu, Əlisahib Əliabbasovun veteranlar arasında
dünya çempionatında qazandığı 7-ci bürünc medaldır.
Güləşin yunan-Roma növü üzrə veteranlar arasında dünya
çempionatı 7 yaş qrupu üzrə keçirilir. Burada ən cavan
güləşçinin 35, ən yaşlısının 70 yaşı var. |