Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2014 - №35

 

"BAKU OPEN - 2014" beynəlxalq şahmat festivalına start verildi

 

Böyütmək üçün şəkili seçinSentyabrın 6-da Respublika Şahmat Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həsr olunmuş "BAKU OPEN - 2014" beynəlxalq şahmat festivalının uşaq turniri başlanıb.

Rəsmi açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, Respublika Şahmat Mərkəzinin direktoru Məcid Əfəndiyev, yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə və digər şəxslər turnirin əhəmiyyətindən danışaraq  iştirakçılara müvəffəqiyyətlər arzulayıblar.

2002-ci il təvəllüdlü və ondan kiçikyaşlı oğlanlar və qızlar arasında keçirilən turnirdə Bakı, Naxçıvan MR, Gəncə, Sumqayıt, Mingəçevir, Ağdam, Cəbrayıl, Ağdaş, Tovuz, Biləsuvar, Abşeron, İsmayıllı, Şəki, Quba, Kürdəmir, Ucar şəhər və rayonları ilə yanaşı, Qazaxıstan və Özbəkistan respublikalarını təmsil edən 98 nəfər idmançı iştirak edir. Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilir. Oyunları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərlik etdiyi hakimlər kollegiyası idarə edir. Turnirə sentyabrın 14-də  yekun vurulacaqdır.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov