Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2014 - №35

 

Muzey eksponatlarının saxlanılması və bərpası Mərkəzi avstriyalı qonaqların marağına səbəb olub

 

Sentyabrın 9-da Avstriyanın Vyana Universitetinin bir qrup müəllim və tələbəsi Bakıya səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) muzey eksponatlarının saxlanılması və bərpası Mərkəzində olub.

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, şirkətin muzey işinin təşkili şöbəsi tərəfindən təşkil edilən ekskursiya zamanı professor Gerhard Strohmeierin rəhbərlik etdiyi qrupa Azərbaycanda neft sənayesinin tarixi haqqında ətraflı məlumat verilib.

Avstriyalı qonaqlar burada eksponatlarla tanış olub, Azərbaycanda neft hasilatı ilə bağlı maraqlı faktlar öyrəniblər. Onları maraqlandıran çoxsaylı suallara peşəkar səviyyədə müfəssəl cavablar verilib.

Ekskursiya zamanı Nobel qardaşlarının Azərbaycandakı fəaliyyəti haqqında interaktiv rəqəmsal ekspozisiya da nümayiş etdirilib. ARDNŞ-in Avstriya nümayəndəliyinin dəstəyi ilə Azərbaycana səfər edən avstriyalı qonaqlar yüksək səviyyədə təşkil olunan ekskursiyaya görə şirkət rəhbərliyinə təşəkkürlərini bildiriblər. Onların qədim şəhərlərimizdən olan Şəkiyə də səfəri təşkil edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov