Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2014 - №35

 

Layihənin bütün iştirakçıları mükafatlandırılacaqlar

 

Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən "Ölkəmizi tanıyaq" layihəsi gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayır.

Bu proqramın davamı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində ölkə ərazisində 6 məktəb qardaşlaşma sazişi imzalayıb.

Bilik Fondunun informasiya təminatı şöbəsindən AzərTAc-a verilən məlumata görə, Bakının 190 nömrəli məktəbi Şəkinin 7 nömrəli məktəbinin, paytaxtdakı 145 nömrəli məktəb Ağstafanın 1 nömrəli məktəbinin, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi Tovuzun Qovlar şəhər orta məktəbinin qonağı olub.

Əvvəlcə şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Məktəblər arasında imzalanan "Qardaşlaşma sazişi"nin müddəaları məktəblilərin müzakirəsi əsasında müəyyənləşib.

Qonaqlar ev sahiblərinə hədiyyələr verib, hər iki tərəf təmsil etdiyi rayonun və məktəbin təqdimatını keçirib.

Məktəblilər axşam saatlarında qonaq olduqları bölgəyə ekskursiya edəcək, həmçinin "dəyirmi masa"lar keçiriləcək, intellektual yarışmalar təşkil olunacaq. Yarışmanın qeyri-adiliyi ondadır ki, burada təkcə qaliblər deyil, məğlublar da mükafatlandırılacaqlar.

Şagirdlər layihədə iştirak etdiklərinə görə Bilik Fonduna minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik" proqramı çərçivəsində "Qardaşlaşmış məktəblər" layihəsinin ilk mərhələsi sentyabrın 15-dək davam edəcək. Bu mərhələdə müxtəlif bölgələrdəki 20 məktəb qardaşlaşacaq. Sonrakı mərhələlərdə ölkədəki bütün məktəblər layihəyə cəlb olunacaqlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov