Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2014 - №35

 

"Qardaşlaşmış məktəblər" məktəbli gənclərin mənəvi tərbiyəsinə xidmət edən layihədir

 

"Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr əsasında tərbiyə edilsinlər". 

Heydər ƏLİYEV,
ümummilli lider

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  təşəbbüsü və göstərişi  ilə son vaxtlar məktəbli-gənclərin hərtərəfli inkişafına və dünyagörüşünün zənginləşməsinə stimul yaradan müxtəlif layihələr həyata keçirilir. Belə layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sentyabrın əvvəllərindən start götürən "İlboyu bilik" layihəsi çərçivəsinlə həyata keçirilən "Qardaşlaşmış məktəblər"  proqramıdır. İlk mərhələdə 15 sentyabr - "Bilik günü"nədək 20 rayonun hərəsindən bir məktəb layihəyə cəlb olunsa da bu hərəkatın gələcəkdə respublikanın bütün bölgələrini əhatə etməsi nəzərdə tutulub.

Layihənin əsas məqsədi müstəqil Azərbaycanın tərəqqisi, cəmiyyətimizin maariflənməsi işində yardımçı olmaq, yeniyetmə və gənclərin elmi-texniki, sosial-iqtisadi, ekoloji, humanitar biliklərə yiyələnməsinə dəstək vermək, dövlətçilik, vətənpərvərlik ideyalarının və ümummilli lider Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsinin daha dərindən öyrənilməsi və yayılmasına, məktəblilərin ölkəmizin bütün guşələrində geniş vüsət alan quruculuq, abadlıq işləri ilə daha yaxından tanış olmasına, bölgələrimizin tarixi, mədəniyyəti, məişəti və etnoqrafiyasına dair biliklərə yiyələnməsinə yardımçı olmaqdır.

Layihəyə qoşulan məktəbli sövqi-təbii olaraq yaşıdları ilə yaxınlaşıb-doğmalaşacaq, özünün heç də tək olmadığını, bu məmləkətin bir vətəndaşı kimi üzərinə məsuliyyətli bir vəzifə düşdüyütü dərk edəcək və onu ləyaqətlə yerinə yetirməyə çalışacaq.

"Qardaşlaşmış məktəblər"  proqramının iştirakçısı kimi Bakı şəhəri, Səbail rayonu, O.Mirzəyev adına 190 nömrəli tam orta məktəb Şəki şəhəri 7 nömrəli tam orta məktəblə dostluq yaradır. Bu görüşə xüsusi hazırlaşan şagirdlərimizin vətənimiz haqqında hazırladıqları slayd və müxtəlif təqdimatların bir ünvanı, bir məkanı var: Azərbaycan.

Proqram çərçivəsində ilboyu təşkil olunacaq ekskursiyalar, "dəyirmi masa"lar, disputlar, intellektual yarışmalar Azərbaycan tarixini və mədəniyyətini daha yaxından öyrənməyə şərait yaradacaq. Nəticədə məktəblərin birgə tədbirlər keçirməklə yaxınlaşması, qardaşlaşması təmin olunacaq, gənclərə kommunikativ, təşkilati bacarıq, vərdişlər aşılanacaq.

Öz əhatə dairəsini genişləndirib ən ucqar kəndlərdə yaşayan məktəblinin də bu layihədə iştirakını təmin etmək əsas məqsəddir: heç kəs kənarda qalmayacaq, hər kəs azərbaycanlı kimi doğulub böyüdüyü, tərbiyə aldığı üçün fəxr edəcək. 

Q.ƏMİRCANOVA,
Bakıdakı 190 nömrəli tam orta məktəbin direktor əvəzi, əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov