Əsbət
MUSAYEVA,
Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi
1962-ci ildə Kürdəmir rayonunun Ərəbxana
kəndində anadan olub. 1989-cu ildə indiki Bakı
Dövlət Universitetinin filologiya fakültəsini
fərqlənmə diplomu ilə bitirib. Həmin ildən
Kürdəmir şəhər 3 nömrəli orta məktəbdə
Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.
2012-ci ildə Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına
layiq görülüb. Bundan başqa, 2012-2013-cü tədris
ilində keçirilən " Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olub. Şagirdləri qəbul
imtahanlarında yüksək nəticələr əldə edərək
müxtəlif ali təhsil müəssisələrinə daxil
olublar. |
|
Elmira
HÜSEYNOVA,
Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi
1955-ci ildə Kürdəmir rayonunda anadan olub.
1978-ci ildə Azərbaycan Xarici Dillər
İnstitutunun ingilis-fransız dili fakültəsini
bitirib. 1978-1982-ci illərdə Muradxan kənd orta
məktəbində, 1982-ci ilin sentyabr ayından isə
şəhər 3 nömrəli tam orta məktəbdə ingilis dili
müəllimi kimi fəaliyyətini davam etdirir.
Pedaqoji fəaliyyəti dövründə iş təcrübəsi
respublikada yayılmış və müxtəlif fəxri
fərmanlara layiq görülmüşdür. 2008-ci ildə
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə
təltif olunub. Şagirdləri respublika fənn
olimpiadalarında və ali məktəblərə qəbul
imtahanlarında yüksək nəticələr əldə edirlər. |
|
Məhəmmədəli
RƏSULOV,
Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi
1956-cı ildə Kürdəmir rayonunun Atakişili
kəndində anadan olub. 1979-cu ildə indiki Bakı
Dövlət Universitetinin coğrafiya fakültəsini
bitirib. Həmin ildən Kürdəmir rayonu Qarabucaq
kənd orta məktəbində əmək fəaliyyətinə başlayıb.
1993-cü ildən şəhər 1 nömrəli tam orta məktəbdə
fəaliyyətini coğrafiya müəllimi kimi davam
etdirir. 2005-ci ildə Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına
layiq görülüb. Təhsil Nazirliyinin, rayon icra
hakimiyyətinin, rayon təhsil şöbəsinin müxtəlif
fəxri fərmanları ilə təltif olunub. Dərs dediyi
şagirdləri yüksək bal toplayaraq Yaponiya,
Rusiya, Türkiyə və Azərbaycanın nüfuzlu ali
məktəblərinə daxil olub. Son tədris ilində
rəhbərlik etdiyi XI sinifdə 25 şagirddən 16
nəfəri müxtəlif ali təhsil müəssisələrinə daxil
olub. Onlardan 1-i 600-dən, 2-si isə 500-dən çox
bal toplayıb. |
|
Rəfail
MƏMMƏDOV,
Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi
1979-cu ildə Kürdəmir rayonunun Xınıslı kəndində
anadan olub. Azərbaycan Dövlət Pedaqoji
Universitetinin filologiya fakültəsini bitirib.
Pedaqoji fəaliyyətə 2001-ci ildə Xınıslı kənd
tam orta məktəbində başlamış, 2011-ci ildən isə
şəhər 1 nömrəli tam orta məktəbdə Azərbaycan
dili və ədəbiyyat müəllimi ilə yanaşı,
təlim-tərbiyə işləri üzrə direktor müavini kimi
fəaliyyətini davam etdirir. 2008-ci ildə
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamı ilə "Əməkdar müəllim" fəxri
adına layiq görülüb. Bundan başqa, 2010-cu ildə
keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi olub. Müxtəlif treninq və layihələrdə
uğurla iştirak edib. Təhsil Nazirliyinin, rayon
icra hakimiyyətinin, rayon təhsil şöbəsinin
fəxri fərmanı ilə təltif olunub. Şagirdləri
respublika fənn olimpiadalarının və inşa yazı
müsabiqələrinin qalibi olub. |
|
Ələkbər
MƏMMƏDOV,
Kürdəmir şəhər 2 nömrəli məktəb-liseyin fizika
müəllimi
1950-ci ildə Kürdəmir rayonunda anadan olub.
1973-cü ildə indiki Bakı Dövlət Universitetinin
fizika fakültəsini bitirib. Əmək fəaliyyətinə
Köhnəbazar kənd orta məktəbində başlayıb.
1981-ci ildən şəhər 2 nömrəli məktəbdə
fəaliyyətini davam etdirir. 2002-ci ildə
Azərbaycan Respubilkası Təhsil Nazirliyinin
fəxri fərmanı ilə təltif edilib. 2004-cü ildə
Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Dərs dediyi şagirdlərin bir çoxu respublika fənn
olimpiadalarında uğurlu nəticələr əldə edib.
Yetirmələri qəbul imtahanlarında yüksək bal
toplayaraq nüfuzlu ali məktəblərə daxil
olublar. |
Niyazi
RƏHİMOV, "Azərbaycan müəllimi" |