Sentyabrın 8-də Təhsil Nazirliyinin təşkil etdiyi V
"Elektron Təhsil" Respublika müsabiqəsinə başlanılıb.
Müsabiqə "Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"ndan irəli gələn vəzifələrin
icrası ilə bağlı təhsildə elektron tədris resurslarının
tətbiqi sahəsində sağlam rəqabətin stimullaşdırılması və
rəqabət elementlərinin tətbiq edilməsi məqsədilə təşkil
edilib.
Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən bu
müsabiqənin rəsmi internet səhifəsi (www.musabiqe.edu.az)
fəaliyyət göstərir.
Müsabiqə 3 istiqamət olmaqla 7 nominasiya üzrə
keçiriləcəkdir:
"Müasir məktəbdə elektron tədris resursları" istiqaməti
üzrə:
- Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı
dərs modeli;
- "1 şagird : 1 kompüter" modeli üzrə ən uğurlu
dərs/tədris layihəsi;
- Təhsil portalında (www.edu.az)
yerləşdirilmiş resurslardan istifadə edilməklə qurulan
ən yaxşı dərs/tədris layihəsi nümunəsi;
- Onlayn vasitələrdən (veb 2.0, sosial servislər
və s.) istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris
layihəsi nümunəsi.
"Təhsildə internet texnologiyaları" istiqaməti üzrə:
- Təhsildə internet resursları;
- Müəllim bloqları.
"Milli elektron tədris resurslarının yaradılması"
istiqaməti üzrə:
- Milli elektron tədris resurslarının yaradılması.
Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində
elektron tədris resurslarından, internet
texnologiyalarından istifadəni genişləndirmək, bu sahədə
təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris
məqsədləri üçün internetdən istifadənin yeni formalarını
üzə çıxarmaq və tədris prosesində informasiya
texnologiyalarından fəal istifadə edən müəllimləri
həvəsləndirməkdən ibarətdir.
Müsabiqə, "İntel" Korporasiyasının "Gələcək üçün təhsil"
proqramı, "Dr. Web" AZEDUNET, "Ultra", "Mədəd
Azərbaycan" və "Nar Mobile" tərəfindən dəstəklənir.
Müsabiqədə qaliblərə noutbuk, planşet, printer və digər
xüsusi mükafatlar təqdim olunacaq.
Qeyd etmək lazımdır ki, müsabiqə artıq beşinci ildir
keçirilir.
2010-2013-cü illərdə keçirilən müsabiqələrdə ümumi
olaraq 4000-dən artıq layihə təqdim edilib. |