Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2014 - №35

 

Rektor yeni tədris ilinə hazırlıqla bağlı görüş keçirib

 

 Azərbaycan Dövlət İqtisad Universitetinin bütün tədris binalarında 2014-2015-ci dərs ilinə hazırlıqla bağlı rektorun  dekan və kafedra müdirləri ilə görüşü  keçirilib. Görüşdə qarşıda duran aktual məsələlər müzakirə edilib.

Tədris binalarına baxış zamanı universitetin maddi-texniki bazasının mövcud vəziyyəti, o cümlədən auditoriyaların kompüter, "ağıllı lövhələr" və proyektorlarla təchizatına nəzər yetirilib. Tədris binalarının ərazisində  yaradılan yüksək sürətli internet şəbəkəsinin vəziyyəti də diqqət mərkəzində olub.

Sonra tədris prosesinə hazırlıqla bağlı geniş müzakirələr aparılıb. Tədrisin keyfiyyəti və dərs yükü bölgüsünün normaya uyğunluğu, tədris-metodiki vəsaitlərin elektronlaşdırılaraq  universitetin saytında yerləşdirilməsi, müəllimlərin fərdi işçi planı və tələbələrin fərdi iş planının hazırlıq prosesi nəzərdən keçirilib. Əlavə olaraq, tədris zamanı istifadə edilən dərsliklər və tövsiyə olunan ədəbiyyat siyahısının universitet kitabxanasında mövcudluğu məsələsinə də baxılıb. Qeyd olunub ki, tədris ili boyunca valideynlərlə iş xüsusi diqqətdə saxlanılmalı, yeni qəbul olunan tələbələr daim qayğı ilə əhatə olunmalıdır.

Görüşdə sentyabr-oktyabr ayları ərzində prorektorların müvafiq tədris binalarına təhkim olunacaqları bildirilib. 

Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov