Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2014 - №35

 

Macarıstanın Azərbaycandakı səfiri ADU-nun fəxri doktoru oldu

 

Böyütmək üçün şəkili seçinSentyabrın 9-da Azərbaycan Dillər Universitetində 2014-2015-ci tədris ilinin ilk Elmi Şurası keçirilib. İclasda Elmi Şuranın müvafiq qərarına əsasən Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Jolt Çutora Azərbaycanla Macarıstan arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, elmi və mədəni əlaqələrin inkişaf etdirilməsi, eləcə də macar dilinin Azərbaycanda yayılması sahəsindəki fəaliyyətinə və təşəbbüslərinə görə ADU-nun fəxri doktoru adı ilə təltif olunub.

Elmi Şurada ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxış edərək Azərbaycanla Macarıstan arasında olan münasibətlərin əməkdaşlıq və qardaşlıq səviyyəsində olduğunu bildirib. Rəhbərlik etdiyi ali təhsil ocağı haqqında məlumat verən rektor burada bir çox xarici dillərin tədrisi, o cümlədən bu ildən regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin nəzdində macar dilinin tədrisinə başlanılması barədə də danışıb. Səməd Seyidov Macarıstanla siyasi, iqtisadi münasibətlərlə yanaşı, təhsil və elm sahəsində də əməkdaşlığın inkişaf etdiyini bildirib. Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Jolt Çutoranın bu istiqamətdə əməyinin danılmaz olduğunu söyləyən rektor səfirin 2014-cü il mayın 10-da Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş "Qızıl Çinar" Beynəlxalq mükafatına layiq görülməsini görülən işlərin yüksək nəticəsi kimi qiymətləndirib. ADU-da macar dilinin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsi nəzdində tədrisinə başlanılmasından sonra pedaqoji fakültədə, həmçinin filologiya və jurnalistika fakültələrində də tədrisinin nəzərdə tutulduğunu vurğulayıb. Macarıstanla gələcək əməkdaşlıqlarda qarşılıqlı mübadilə proqramlarının da inkişafı üçün səy göstəriləcəyi qeyd edilib.

Öz növbəsində Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Jolt Çutora ADU-nun fəxri doktoru adına layiq görülməyin sevindirici hal olduğunu bildirib. Səfir bu fəxri ada görə ADU-nun Elmi Şurasına təşəkkürlərini bildirib. Azərbaycan və təmsil etdiyi ölkə arasındakı işgüzar və qardaşlıq əlaqələrinin inkişafından söz açan J.Çutora iki ölkənin təhsil sahəsində əməkdaşlığının vacibliyini dilə gətirib. ADU-da macar dilinin tədrisinin Azərbaycan - Macarıstan əlaqələrinə töhfə kimi yüksək qiymətləndirən Jolt Çutora universitetdə aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıb.

Sonra rektor Səməd Seyidov Fəxri doktor diplomunu və mantiyanı səfirə təqdim edib.  

İctimaiyyətlə əlaqələr departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov