AzərTAc
xəbər verir ki, təlim kursunun açılışında universitetin
rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev
çıxış edərək məqsədin xarici diplomatlara və dövlət
qulluqçularına Xəzər dənizi hövzəsi regionu haqqında
daha müfəssəl məlumat vermək olduğunu deyib. Rektor
bildirib ki, kurs müddətində iştirakçılar bu regionun
tarixi, mədəniyyəti, demoqrafik vəziyyəti, etnik və
ərazi münaqişələri, ticari və iqtisadi münasibətləri,
geopolitik və regional təhlükəsizliyi və digər məsələlər
barədə məlumatlandırılacaqlar.
Kursda Qazaxıstan, İordaniya, Küveyt, Livan, Özbəkistan,
Türkiyə, Malayziya, Pakistan, İndoneziya, Banqladeş,
Mərakeş, Bəhreyn, Yəmən, Sudan və Tacikistanın Xarici
İşlər Nazirliyində çalışan yüksək çinli 15 diplomat
iştirak edir.
Təlimçilər arasında "ADA" Universitetinin professor və
tədqiqatçıları, o cümlədən Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin, Dövlət Neft Fondunun, Strateji
Araşdırmalar Mərkəzinin, ölkədə akkreditə olunmuş
səfirliklərin nümayəndələri və parlament üzvləri var.
Sentyabrın 16-dək davam edəcək kursun iştirakçıları
Azərbaycanın Xarici İşlər Nazirliyində, Nobel Qardaşları
Muzeyində olacaq, Şəkiyə və Qəbələyə səfər edəcəklər.
Sonda iştirakçılar sertifikatlarla təltif olunacaqlar.
Xatırladaq ki, 2010-cu ildən etibarən keçirilən bu
təlimdə indiyədək 5 türk diplomatı, Asiya, Afrika, Latın
Amerikası və Karib dənizi hövzəsi ölkələrinin 45
diplomatı, o cümlədən ABŞ-dan 11 tədqiqatçı və tələbə
iştirak edib. |