"Bakı-2015"
ilk Avropa Oyunlarına hazırlıq məqsədilə "Təmiz
Binəqədi" layihəsi çərçivəsində həyata keçirilən
1999-2000-ci il təvəllüdlü yeniyetmə və gənclər arasında
"Mini-futbol" birinciliyinin final oyunu keçirilib.
Final qarşılaşmasında 1 və 2 saylı sahə inzibati ərazi
dairələrinin komandaları birincilik uğrunda mübarizə
aparıblar.
Gərgin keçən oyunun nəticəsində 1 saylı sahə inzibati
ərazi dairəsinin komandası I, 2 saylı sahə inzibati
ərazi dairəsinin komandası II, Biləcəri qəsəbəsinin
komandası isə III yerlərə layiq görülüblər.
Mükafatlandırma mərasimində çıxış edən Binəqədi Rayon
Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov qalib
komandalara təbriklərini çatdırıb. Bildirib ki,
"Bakı-2015" ilk Avropa Oyunları ərəfəsində start
götürmüş "Təmiz Binəqədi" layihəsi çərçivəsində həyata
keçirilən idman tədbirləri gənc nəslin sağlamlığının
qorunması və asudə vaxtlarının səmərəli təşkil
olunmasına xidmət edir. Sevindirici haldır ki, bu cür
tədbirlərin keçirilməsi rayon sakinləri tərəfindən
məmnunluqla qarşılanır.
Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Kütləvi
bədən tərbiyəsi sektorunun baş məsləhətçisi Salman
Əbdülov çıxış edərək idmançıları təbrik edib, onlara
gələcək yarışlarda uğurlar arzulayıb. Sonda qaliblərə
kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.
|