Q.Vəliyev adına Lənkəran Şəhər Mədəniyyət Mərkəzində
klub filialları arasında "Kiçik səhnə" adlı dram
dərnəklərinə baxış-müsabiqənin birinci turuna start
verilib. Müsabiqədə Boladi, Tütəpeştə, Bəliton, Liman,
Xanbulan, Moloja, Osaküçə, Hirkan, Şıxəkəran klublarının
və mədəniyyət mərkəzlərinin özfəaliyyət dram
kollektivləri müxtəlif səhnəciklər nümayiş etdirməklə
tamaşaçıları məmnun ediblər.
Müsabiqənin keçirilməsində məqsəd yeniyetmə və gənclərin
asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək,
istedadlı gəncləri üzə çıxarmaq, teatr sənətinə
maraqlarını artırmaqdır.
Qeyd edək ki, müsabiqənin növbəti turu sentyabrın 18-də
təşkil olunacaq. Yekun turu isə sentyabrın 27-də
keçirmək nəzərdə tutulub.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |