Göyçay Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan
məlumatda bildirilir ki, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin sifarişi ilə Göyçay Regional Peşə
Tədrisi Mərkəzinin binasında əsaslı təmir və bərpa
işləri görülür.
Ümumi sahəsi 2000 kvadratmetr olan bu binada 60-dan
artıq otaq olacaq. Burada gənclər üçün kompüter,
sahibkarlığın əsasları, bərbərlik, tikişçi, ingilis dili
və digər sahələr üzrə peşə hazırlığı kurslarının
təşkili, eləcə də əlillərin reabilitasiyası üçün şərait
yaradılacaq. Binada 10 otaqdan ibarət yataqxana da
olacaq.
Tədris binasının havalandırma sistemi müasir
standartlara uyğun şəkildə yenidən qurulub, 150
kubmetrlik su hovuzu inşa edilib. Görülən işlər
yekunlaşmaq üzrədir.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |