Təhsil Nazirliyinin əmrinə əsasən, Təhsil Sektorunun
İnkişafı üzrə İkinci Layihə çərçivəsində 2014-2015-ci
tədris ilində yeni işə qəbul olunan ibtidai və
ümumtəhsil məktəblərinin V-VII siniflərində dərs
deyəcək və indiyədək təlimlərdən keçməyən fənn
müəllimləri üçün bölgələrdə yeni ümumi orta təhsil
kurikulumu üzrə təlim kursları təşkil edilib.
Təlim kursları müəllimlərin yeni fənn kurikulumlarının
tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin
etmək məqsədi daşıyır.
AzərTAc xəbər verir ki, Astara şəhərindəki 5 nömrəli tam
orta məktəbdə 16 müəllim üçün təşkil olunan təlim
kursunda pedaqoji işçilər coğrafiya və fizika fənləri
üzrə nəzəri biliklərini təkmilləşdirməklə bərabər,
onlara öyrəndiklərini təcrübədə tətbiq etmək məqsədilə
tapşırıqlar verilib.
On gün davam edən təlim kursunu müvəffəqiyyətlə başa
vuran müəllimlərə dövlət nümunəli sertifikatlar təqdim
edilib. |