Səbailli
"Gənc Heydərçilər"in Qusardakı yay düşərgəsində
istirahəti başa çatıb. Növbəti layihənin Müdafiə
Nazirliyinin hərbi hissəsində keçirilməsi məktəblilərə
hərbi sahədə daha çox biliklər və təcrübə əldə etməyə
imkan verib. Hərbi hissədəki əsgər kazarmalarının
birində "Gənc Heydərçilər" üçün hər cür şərait
yaradılıb, burada ümummilli lider Heydər Əliyevə,
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham
Əliyevə, ölkədəki ordu quruculuğuna, Milli
qəhrəmanlarımıza həsr olunmuş stendlər, hərbi
təlimatlar asılıb. Düşərgədə məşğələlərin hərbi
nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların
istirahətini daha da maraqlı edib. Məktəblilərin
təlim-tərbiyəsi ilə rayonun ümumtəhsil müəssisələrində
çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və
həmçinin hərbi hissənin zabitləri, çavuş və
əsgərlərindən ibarət qrup məşğul olub. Onlar hərbi
hissədə şəxsi heyətin xidməti, yaşayış şəraiti, silah və
texnika ilə yaxından tanış olublar. Uşaqların Qusar və
Quba rayonlarının görməli yerlərinə, meşələrə, tarixi
guşələrinə, o cümlədən Qubadakı Soyqırımı
muzey-kompleksinə, Heydər Əliyev Mərkəzinə, Gənclər
evinə gəzintiləri təşkil olunub. İstirahətin 1 günü
hərbi hissə tərəfindən hərbi-səhra məşğələləri təşkil
olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra
mətbəxi vasitəsi ilə verilib. Bağlanışdan bir gün əvvəl
düşərgədə ənənəvi tonqal ətrafında uşaqlar və eləcə də
hərbi hissənin şəxsi heyəti üçün incəsənət xadimlərinin
iştirakı ilə bayram konserti keçirilib.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov,
İnsan Hüquqları üzrə müvəkkil - Ombudsman Elmira
Süleymanova, Qusar Rayon İcra Hakimiyyətinin başçısı
Şair Alxasov, Müdafiə Nazirliyinin əməkdaşı
polkovnik-leytenant Kamran Nəsibov, "N" saylı hərbi
hissənin komandir əvəzi, polkovnik-leytenant Şahin
Qəhrəmanov, valideynlər və digər qonaqlar uşaqların
istirahəti, burada onlar üçün yaradılmış şəraitlə
yaxından tanış olub, hərbi təlimlərdə fərqlənən bir qrup
şagirdə xatirə medalları və uşaqların tərbiyəsi
işlərində cavabdeh olan dəstə rəhbərlərinə və
hərbiçilərə qiymətli hədiyyələr təqdim edilib.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |