Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) bir
qrup tələbəsi Rusiyanın Sankt-Peterburq şəhərindəki
Beynəlxalq Bank və "Bank VTB 24" filiallarında yay
istehsalat təcrübəsində olub.
Universitetdən AzərTAc-a bildiriblər ki, təcrübə zamanı
tələbələr sərbəst bank əməliyyatları aparıblar.
Təcrübə keçən tələbələrə beynəlxalq sertifikatlar təqdim
edilib. Sertifikat universiteti bitirən məzuna bank
sistemində fəaliyyət göstərmək hüququ verir. Həmin məzun
sınaq müddəti keçmədən bank əməliyyatçısı kimi əmək
fəaliyyətinə başlaya bilər. |