Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Sentyabr 2014 - №34

 

Bilik Fondunda yerli və xarici ziyalılarla görüş

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda daha bir görüş keçirilib.

Fondun informasiya təminatı sektorundan AzərTAc-a bildiriblər ki, görüşdə Himayəçilər Şurasının üzvləri, Azərbaycanın və Gürcüstanın tanınmış elm xadimləri, Milli Məclisin deputatları iştirak ediblər.

Tədbirdə çıxış edən akademik Kamal Abdullayev hazırda Prezident İlham Əliyevin tapşırığı əsasında "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici aksiyadan danışıb. Bildirib ki, bu böyük aksiyanın davamı olaraq Bilik Fondunun "İlboyu bilik" layihəsi Azərbaycanın bütün bölgələrində həyata keçiriləcək. "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Fondun "Qardaşlaşmış məktəblər" proqramının da məqsədi bu çərçivədə bölgələrdə yaşayan yeniyetmələr arasında "bilik körpusu" yaratmaqdır.

Milli Məclisin deputatı, professor Sahibə Qafarova Bilik Fondunun fəaliyyət dairəsinin genişliyindən danışıb. O, Bilik Fondunun həyata keçirdiyi layihələrin bütün ictimaiyyəti əhatə edəcəyinə əminliyini bildirib. Vurğulayıb ki, bununla yanaşı, Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin və tarixinin beynəlxalq miqyasda daha da dərindən tanıdılması və təbliği Fondun qarşısında duran mühüm vəzifələrdəndir.

Tbilisi Dövlət Universitetinin professoru David Qotseridze Azərbaycanda belə bir qurumun yaradılmasını alqışlayıb və onun həm də ölkələrimiz arasındakı mədəni, elmi əlaqələrin inkişafında böyük xidmətləri olacağına əminliyini bildirib. D.Qotseridze Bilik Fondunun xətti ilə Gürcüstanda "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda elmi konfransın keçirilməsini, orada yaşayan azərbaycanlıların da həmin konfransa cəlb olunmasını təklif edib.

Görüşdə Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, professor Etibar Nəcəfov, həmçinin Nailə İslamzadə, Böyükağa Məmmədov, Aqşin Rüstəmov çıxış edərək Bilik Fonduna bu məsuliyyətli işdə uğurlar arzulayıb və əllərindən gələn köməyi əsirgəməyəcəklərini bildiriblər.

Diqqətə çatdırılıb ki, Bilik Fondu sentyabrın 8-dən "İlboyu bilik" layihəsinə start verəcək. Layihə çərçivəsində "Qardaşlaşmış məktəblər" və respublikanın bütün şəhər və rayonlarında yerli ziyalıların iştirakı ilə "İlk dərs" proqramları həyata keçiriləcək. Bununla yanaşı, Bilik Fondu "Dini abidələrdə tarixin izləri", "Auditoriya +", "Yaradıcılıq fakültəsi", "Ustad və şəyird" kimi maraqlı layihələrə də başlayıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov