Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1.
Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ən yüksək
nəticələr göstərmiş Azərbaycan Respublikasının
idmançıları və onların məşqçilərinə ayrılan mükafatların
məbləği aşağıdakı qaydada müəyyən edilsin:
1.1. birinci yeri tutan hər bir idmançıya 50 min manat,
onun məşqçisinə 25 min manat;
1.2. ikinci yeri tutan hər bir idmançıya 30 min manat,
onun məşqçisinə 15 min manat;
1.3. üçüncü yeri tutan hər bir idmançıya 20 min manat,
onun məşqçisinə 10 min manat.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 avqust 2014-cü il |