Birləşmiş
Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə 21-ci beynəlxalq
şahmat festivalı start götürüb.
Azərbaycan Şahmat Federasiyasından aldığımız məlumata
görə, bu beynəlxalq yarışa 20-dək ölkədən (Rusiya, BƏƏ,
Çin, Ukrayna, Fransa, Hindistan, Çexiya, Rumıniya və
s.) iştirakçı cəlb olunub. Zəka sahibləri arasında 39
qrossmeyster, o cümlədən Azərbaycan qrossmeysterlərindən
Nicat Abasov (2527), Vüqar Rəsulov (2509) , Ülvi
Bacarani (2483), FİDE ustası Abdulla Qədimbəyli (2168)
və Aydan Höccətova (2018) iştirak edirlər.
88 şahmatçının iştirak etdiyi ustaların mübarizəsi
İsveçrə sistemi üzrə 9 turdan ibarət olub. İlk turda
Nicat Abasov, Ülvi Bacarani və Vüqar Rəsulov qələbə
qazanıb, Abdulla Qədimbəyli və Aydan Höccətova isə
məğlubiyyətlə üzləşiblər. |