Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü
il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"ndan irəli gələn vəzifələrin icrası ilə
bağlı təhsildə elektron tədris resurslarının tətbiqi
sahəsində sağlam rəqabətin stimullaşdırılması və rəqabət
elementlərinin tətbiq edilməsi məqsədilə "Azərbaycan
Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5
bəndini rəhbər tutara
ƏMR EDİRƏM:
1. Hər il təhsildə informasiya texnologiyalarının
tətbiqi sahəsində "Müasir məktəbdə elektron tədris
resursları", "Təhsildə İnternet texnologiyaları" və "Milli
elektron tədris resurslarının yaradılması"istiqamətləri
üzrə "Elektron Təhsil" Respublika müsabiqəsi keçirilsin.
2. "Elektron Təhsil" Respublika müsabiqəsi haqqında
"Əsasnamə"(bundan sonra- Əsasnamə) və müsabiqənin
Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (1, 2 saylı
əlavələr).
3. Təşkilat Komitəsi müsabiqənin keçirilmə vaxtını,
mərhələlərin müəyyən edilməsini və Əsasnamədə nəzərdə
tutulmuş digər tədbirlərin həyata keçirilməsini təmin
etsin.
4. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi
(S.Məmmədov) Əsasnamədə nəzərdə tutulmuş tədbirlərin
vaxtında həyata keçirilməsini təmin etsin.
5. "Elektron Təhsil" Respublika müsabiqəsinin
keçirilməsi ilə bağlı 2014-cü il üçün xərclər smetası
təsdiq edilsin (3 saylı əlavə).
6. İnformasiya şöbəsi (E.Əliyev) müsabiqə ilə bağlı
məlumatların "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını və Nazirliyin İnternet saytında
yerləşdirilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova
həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
25 avqust 2014-cü il
Əlavə:
"Elektron Təhsil" Respublika müsabiqəsi haqqında Əsasnamə |