Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqsut 2014 - №32

 

Azərbaycan idmançıları  erməni rəqibləri üzərində parlaq qələbə qazandılar

 

Böyütmək üçün şəkili seçinAzərbaycan karateçiləri Türkiyənin Ərzurum şəhərində 11-ci Beynəlxalq "Palandökən" turnirindən yüksək nəticə ilə dönürlər. Əsasən yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımızın bir neçə üzvü, həmçinin müxtəlif regionları təmsil edən  klub idmançılarının ümumi nəticəsi ilə  Azərbaycan 25 ölkə arasında 2-ci pilləyə yüksəldi. 120 klubu təmsil edən 2100-dən artıq idmançının qatıldığı nüfuzlu yarışda ilk pilləni Türkiyə tutdu. Üçüncü yerin mükafatı isə İran idmançılarına təqdim edildi.

Turnirin komanda kumite yarışlarında erməni idmançılarla tatamiyə çıxan karateçilərimiz rəqiblərinin üzərində parlaq qələbə qazanıblar. Böyüklərdən ibarət seçmə komandanın üzvləri Pənah Abdullayev və Əli Cəfərov rəqibə heç bir şans vermədən 7:0 hesablı qələbələrlə komandamıza və onu dəstəkləyən böyük auditoriyaya gözəl anlar yaşadıblar. Komandanın heyətində həmçinin Yusif Əliyevlə Vüsal İsrafilov da yer alıb.

Görüşdən dərhal sonra pərt vəziyyətə düşən ermənilər yarış zalını tərk ediblər.

Kumite yarışlarında əməkdar məşqçilər Anar Abdullayev və Şahin Xudaverdiyevin çalışdırdığı seçmə komandanın üzvlərindən 14-15 yaşlı yeniyetmələr Murad Hacızadə (+70 kq), 16-17 yaşlı gənclərdən Ülvi Qurbanov (-61 kq) və Fəridə Əliyeva (+59 kq) turnirin qalibi oldular. 17-18 yaşlı gənclər komandasının və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin  (DİN İC) üzvü Hüseyn Alıyev (-61 kq) gümüş medala, 14-15 yaşlı yeniyetmələr Hümmət Baxşəliyev (-52 kq) və Fidan Teymurova (-47 kq), eləcə də Ruslan Cəfərzadə (-76 kq) və Aytac Əliyeva (-53 kq) bürünc mükafata sahib oldular. Böyüklər arasında milli komandanın üzvü Əli Cəfərov çempion oldu. Hakim haqsızlığı bu dəfə də idmançılarımızın daha yüksək nəticə göstərməsinə imkan vermədi. Ancaq buna baxmayaraq karateçilərimiz dünyada liderlərdən olduqlarını bir daha rəqiblərinə nümayiş  etdirdilər.

Kumite yarışlarında paytaxt və regionları təmsil edən bir neçə klubun, o cümlədən "Sərhədçi" İdman Klubundan (məşqçilər Yavər Hüseynov və Vüqar Kərimov) Elçin Quliyev 1-ci (10-11 yaşlılar), Elvin Cavadzadə 2-ci yeri, "Araz" klubundan (məşqçiləri Vüsal İsrafilov və Siyavuş Bayramov) Samir Salahov (11-12 yaşlılar, -45kq) 1-ci, İmdad Tanrıverdiyev isə 3-cü sıranı, "Qaraqaplan" klubundan (məşqçi Cahangir Babayev) Seyidəli Novruzov (18 yaşlı gənclər, -68 kq) 2-ci yeri, "Qızıl əlcək" klubundan (məşqçi Mais Mədətov) Azər Əhmədovla (11-12 yaşlılar, -45 kq)  Əvəzağa Səfərov (8-10 yaşlılar, -35 kq), həmçinin DİN İC-nin üzvü Emin Məcidov (məşqçi Elnur Əsədov) 3-cü pilləni tutdular.

Komanda kumite yarışlarında 11-12 yaşlılar arasında "Qaraqaplan" klubunun yetirmələri Süleyman Novruzov, Rəvan Bağırov, Telman Yusifov və İmdad Tanrıverdiyev, "Qızıl əlcək" klubundan Ruslan Qafarlı, Azər Əhmədov, Samir Salahov və Məcid Zeynalov, həmçinin böyüklər arasında Əli Cəfərov, Pənah Abdullayev, Vüsal İsrafilov və Yusif Əliyev 3-cü yerə layiq oldular. Yarışı idarə etmək üçün 120-dən artıq hakim arasında ölkəmizi 2 hakimimiz təmsil edib.

Kişilərdən ibarət komandamız ermənistanlı rəqiblərini böyük üstünlüklə məğlub etdi. Karateçilərimizin bu qələbəsi yarış zalında möhtəşəm qələbə əzmi ilə müşayiət olundu. Növbəti yarış 12-13 sentyabr tarixlərində paytaxtımızda V "Baku Open" beynəlxalq turniri olacaq. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov