Avqustun
20-də Çin Xalq Respublikasının Nankin şəhərində
keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında
Azərbaycan təmsilçisi Səid Quliyev taekvondo idman növü
üzrə bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq
görülüb.
Qeyd edək ki, avqustun 16-dan 28-dək davam edən
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ölkəmizi 9
idman növü üzrə 21 idmançı təmsil edir. Avqustun 17-də 3
Azərbaycan təmsilçisi - Natiq Qurbanlı (cüdo-55 kq.),
Leyla Əliyeva (cüdo-44 kq.) və Ceren Özbek (taekvondo-44
kq.) gümüş medal qazanıblar.
Azərbaycan komandasının tərkibinə Teymur Məmmədov
(sərbəst güləş-63 kq.), İqbal Hacızadə (sərbəst
güləş-100 kq.), Leyla Qurbanova (qadin güləşi-52 kq.),
Cabbar Nəcəfov (Yunan-Roma güləşi-50 kq.), İslambek
Dadov (Yunan-Roma güləşi-69 kq.), Səid Quliyev
(taekvondo-73 kq.), Gülxanım Yeşildağ (taekvondo-55
kq.), Ceren Özbek (taekvondo-44 kq.), Safiyə Polat
(taekvondo-49 kq.), Məhəmmədəli Tahirov (taekvondo-91
kiloqramdan ağır), Rüfət Hüseynov (taekvondo-49 kq.),
Məsud Yusifzadə (boks-52 kq.), Elvira Həsənova
(üzguçülük-sərbəst üsulla), Nazim Babayev
(atletika-üçtəkanla tullanma), Behafeta Abreha
(qaçış-3000 metr), Yelena Qladkova (atletika-şüvüllə
tullanma), Boris Yotov (akademik avarçəkmə), Natiq
Qurbanlı (cüdo-55 kq.), Leyla Əliyeva (cüdo-44 kq.),
Ürfan Axundov (atıcı-pnevmatik tapança-10 metr) və
Suqraxanım Müqabilzadə (kamandan oxatma) daxildir.
Yarışlarda dünyanın 170 ölkəsindən 3500 yeniyetmə
idmançı öz qüvvəsini sınayır. 14-18 yaşlı atletlər 184
dəst medal uğrunda mübarizə aparırlar.
www.edu.gov.az |