Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqsut 2014 - №32

 

"Xəmsə" milli intellektual oyunları keçirilib

 

İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı İntellektual Oyunlar Klubunun  birgə təşəbbüsü ilə Kürdmaşı kəndində məktəblilər arasında "Xəmsə" milli intellektual oyunu keçirilib. Asudə  vaxtın səmərəli təşkili məqsədi daşıyan bu oyun kənd sakinləri tərəfindən maraqla qarşılanıb. Komandalara şərti olaraq Azərbaycanın işğal altında olan rayonlarının adları verilib. Gərgin və maraqlı keçən yarışmada  "Şuşa" komandası 6900,  "Kəlbəcər" 4700, "Laçın" 3600 xal toplayıb. 

Qeyd edək ki, ənənəvi olaraq I, II və III yerləri tutan komandalara qiymətli hədiyyələr, ən yaxşı oyun nümayiş etdirən oyunçuya isə Şəki şəhərinə bir günlük ekskursiya nəzərdə tutulub. Fərqlənənlərə fəxri fərman verilib. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov