Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqsut 2014 - №32

 

Yeniyetmələr yay tətilini səmərəli keçirirlər

 

 Zərdab şəhərində  ümummilli lider  Heydər Əliyevin adını daşıyan   parkda  Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Bura  yeniyetmə və gənclərin ən çox sevdikləri  mədəniyyət ocağıdır. Bu yay tətili günlərində  mərkəzə gələnlərin sayı daha  çoxdur. Gözəl memarlıq nümunəsi olan  bu ikimərtəbəli binada  məktəblilərin asudə vaxtlarından səmərəli istifadə etməsi, onların mənəvi  ehtiyaclarının ödənilməsi  üçün hər cür  şərait yaradılıb. Mərkəzə gələnlər öncə ulu  öndərin həyatını   və çoxşaxəli dövlətçilik  fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, tarixi sənədlər, eksponatlar, dahi rəhbərin müxtəlif illərdə Zərdaba səfərlərinə dair fotoşəkillərlə tanış olurlar.

Qeyd edək ki, mərkəzdə məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər fəaliyyət göstərir. Xalçaçılıq, rəsm  və şahmat dərnəklərinə yeniyetmələr tez-tez baş çəkir və onları maraqlandıran suallara  yerindəcə cavab taparaq bu sahədə bilik və bacarıqlarını artırırlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov