Söhbət
Qəbələ rayon İlham Abdukərimov adına Nohurqışlaq kənd
tam orta məktəbinin məzunu Nərgiz Davud qızı
Tahirlidən gedir. Nərgiz sadə bir kəndli ailəsində
anadan olub. Heç kəs düşünə bilməzdi ki, belə sadə bir
ailənin körpə qızı heç 17 yaşı tamam olmamış bu qədər
uğurlara imza atacaq: O, 2012-2013-cü dərs ilində
respublika fənn olimpiadasında kimyadan IV yeri,
2013-2014 -cü dərs ilində isə II yeri tutub. Ali və orta
ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında da
Qəbələ rayonu üzrə ən yüksək - 677 bal toplayıb,
təhsildə fərqləndiyinə görə qızıl medal alıb. Bəs
Nərgiz buna necə nail olub? Hər şeydən əvvəl təhsilə
dövlət qayğısı, haqq və ədalət prinsipi sayəsində.
Nərgiz özü deyir: "Mən məktəbdə də, olimpiada
yarışmalarında da, tələbə qəbulunda da Təhsil
Nazirliyinin bizə göstərdiyi diqqət və qayğının
nəticəsində bu uğurlara nail oldum".
Bütün bunlarla yanaşı, qazanılan uğurlarda Nərgizin
özünə qarşı tələbkarlığı da böyük rol oynayıb. O,
qarşıya qoyduğu məqsədə nail olana qədər rahat olmurdu.
Bu işdə heç şübhəsiz ki, məktəbimizdə ona göstərilən
diqqət və qayğı, respublikanın əməkdar müəllimi Əhməd
Mirzalıyevin də əməyi az olmamışdır. Məktəbdə yaradılan
şərait, müəllimlərin tələbkarlığı, intizam, inam əsas
şərtlərdən olmuşdur.
Məktəbimiz 2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinin qalibi olmuş, ötən il 44 məzundan
22 nəfəri, bu il isə 38 nəfərdən 18-i ölkəmizin nüfuzlu
ali məktəblərinə qəbul olunmuşdur.
Yaqub TAHİROV,
Qəbələ rayonu İlham Abdukərimov adına Nohurqışlaq kənd
tam orta məktəbinin direktoru |