Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqsut 2014 - №32

 

Azərbaycan Dillər Universitetində elmi-praktik seminar keçirilib

 

Avqustun 19-da Azərbaycan Dillər Universitetinin (ADU) Çin Dili və Mədəniyyət Mərkəzində "Azərbaycan və Çin mülki aviasiyası: nəticələr və əməkdaşlıq perspektivləri" mövzusunda elmi-praktik seminar keçirilib.

ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən AzərTAc-a bildiriblər ki, tədbir Azərbaycanın mülki aviasiya tarixində unudulmaz günə - 1923-cü ilin avqustunda Bakı-Tbilisi-Bakı marşrutu üzrə ilk sərnişin daşımalarına həsr olunub.

Seminarda Çin Dili və Mədəniyyət Mərkəzinin direktoru, dosent Rafiq Abbasov Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini bildirib. Azərbaycanın "İpək Yolu"nda ən böyük nəqliyyat mərkəzinə çevrildiyini diqqətə çatdıran R.Abbasov milli aviasiyanın inkişafında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayıb. Ulu öndərin rəhbərliyi ilə hazırlanmış və uğurla həyata keçirilən "1998-2003-cü illər üçün Respublika Mülki Aviasiyasının İnkişaf Proqramı"nın reallaşdırılması nəticəsində Azərbaycan dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirmiş, təyyarə parkı və aviasiya infrastrukturu müasirləşdirilib, Naxçıvan Muxtar Respublikası ilə hava yolunun fəaliyyəti təmin edilib. R.Abbasov bildirib ki, 2003-cü ildən Azərbaycanda mülki aviasiya yeni mərhələyə və sürətli inkişafa qədəm qoyub. Beynəlxalq hava nəqliyyatı sahəsində yeni texnologiyalar tətbiq edilib, Naxçıvan, Gəncə, Zaqatala, Lənkəran, Qəbələ, Yevlaxda müasir hava limanları istismara verilib, təyyarə və vertolyot parkları yenilənib.

Seminarda Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov "Azərbaycanda turizmin müasir vəziyyəti və inkişaf perspektivləri" mövzusunda təqdimatla çıxış edib.

Tədbirdə "Cənubi Çin Hava Yolları" aviaşirkətinin təqdimatı keçirilib. Məruzə ilə çıxış edən baş menecer Luo Guansin və digər natiqlər iki ölkə arasında çoxtərəfli əlaqələrin inkişafında şirkətin Azərbaycana beynəlxalq uçuşlarının əhəmiyyətini vurğulayıblar.

Azərbaycan ilə Çin arasında mülki aviasiya sahəsində əlaqələrin inkişafı tarixini əks etdirən fotoşəkillər və videomateriallar nümayiş olunub.

Sonda qonaqlara ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin və Azərbaycan dillərində nəşr olunmuş "İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısı" kitabı hədiyyə edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov