Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqsut 2014 - №32

 

Misirli azərbaycanşünas alimlə Bakı Slavyan Universitetində görüş

 

 Bakı Slavyan Universitetində (BSU) Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin yeni təyin olunmuş mədəniyyət attaşesi, Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru, azərbaycanşünas alim Əhməd Sami El Aydi ilə görüş keçirilib.

Universitetin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, BSU-nun rektoru, professor Asif Hacıyevlə görüşdə gələcəkdə Misir universitetləri ilə əlaqələrin inkişaf etdirilməsi, tələbə-müəllim mübadiləsi, ortaq mədəniyyətlərin dərindən öyrənilməsi məsələləri müzakirə olunub. Eyni zamanda hər iki xalqın yazıçı və şairlərinin əsərlərinin birgə tərcüməsi ilə bağlı ilkin razılıq əldə edilib.

Əhməd Sami Misirin aparıcı təhsil ocaqlarından olan Ayn-Şəms Universitetində 1998-ci ildən Azərbaycan dilini tədris etdiyini, Misirdə bu dilə çox böyük maraq göstərildiyini bildirib. Misirli alim Azərbaycan dilinin daha geniş öyrənilməsi üçün ixtisaslı mütəxəssislərə, müəllimlərə, eləcə də Misirdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasına böyük ehtiyac olduğunu vurğulayıb.

A.Hacıyev misirli həmkarları üçün BSU-da Azərbaycan dili üzrə ixtisasartırma kurslarının təşkil olunmasına şərait yaradılacağını söyləyib. Misir Ərəb Respublikasında Azərbaycanı daha yaxından tanıtmaq məqsədilə bu ölkənin universitetlərindən birində Azərbaycan Tədris Mədəniyyət Mərkəzinin açılması haqqında müzakirələrin aparılacağı vurğulanıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov