Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqsut 2014 - №32

 

Təhsil Nazirliyinin nəzdindəki təmayüllü liseylərə qəbul imtahanlarının nəticələri açıqlanıb

 

Təhsil Nazirliyinin nəzdindəki Fizika-riyaziyyat və informatika təmayüllü və Kimya-biologiya təmayüllü liseylərə qəbul imtahanlarının nəticələri açıqlanıb.

İki mərhələli imtahanların birinci mərhələsində namizədlərin məntiqi düşüncə qabiliyyətini və intellektual potensialını müəyyən etmək üçün test imtahanı təşkil olunub. İkinci mərhələdə isə liseylərin profilinə uyğun olaraq, VII sinif şagirdləri Azərbaycan dili və riyaziyyat, VIII və IX sinif şagirdləri isə Azərbaycan dili, riyaziyyat, fizika, kimya və biologiya fənlərindən imtahan veriblər.

Qəbul imtahanında VII sinif üzrə 170, VIII sinif üzrə 151, IX sinif üzrə 84 şagird olmaqla, ümumilikdə 405 şagird iştirak edib. Onlardan 152 nəfər Fizika-riyaziyyat və informatika təmayüllü liseyə, 87 nəfər isə Kimya-biologiya təmayüllü liseyə qəbul olunub.

Qeyd edək ki, bu liseylərdə təhsilalanlar üçün fərqli proqram tətbiq olunacaq, istedadı ilə seçilən şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlanması məqsədilə müvafiq şərait yaradılacaqdır. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik hər iki lisey şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz ediləcəkdir. Bununla yanaşı, şagirdlər dövlət hesabına gündəlik yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunacaqlar.

Qəbul imtahanlarının nəticələrini şagirdlərin imtahan verdikləri liseylərdən öyrənmək mümkündür. İmtahanlardan uğurla keçmiş şagirdlər 21-29 avqust 2014-cü il tarixlərində qeyd olunan təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov