Avqustun 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində
keçirilmiş brifinqdə jurnalistlərə bu barədə məlumat
verilib. Bildirilib ki, ölkəmizin sosial-ictimai və
mədəni həyatında ağsaqqallar hər zaman yaxından iştirak
edirlər. Bunu, habelə ağsaqqalların, yeniyetmə və
gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında,
gənclər arasında aparılan tərbiyəvi işlərin miqyasının
genişləndirilməsindəki rolu nəzərə alınaraq Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin Ağsaqqallar şurası yaradılır.
Ağsaqqallar şurası təhsil ictimaiyyətinin rəyini nəzərə
almaq, təhsilverənlərin və təhsilalanların problemlərini
təcrübəli insanlar tərəfindən qiymətləndirmək və mövcud
məsələlərin həllində şəffaflığı təmin etmək məqsədilə
yaradılır.
Ağsaqqallar şurasına yüksək ixtisaslı pedaqoqlar,
ictimaiyyət arasında nüfuz sahibi olan təhsil işçiləri
və ekspertlər daxil olacaqlar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tərkibində məşvərətçi
orqan kimi fəaliyyət göstərəcək Şura nəsilləri
birləşdirən rabitə rolunu oynayaraq, təcrübənin gənc
nəslə ötürülməsi kimi vəzifə daşıyacaqdır.
Y.ƏLİYEV,
"Azərbaycan müəllimi" |