Təhsil Nazirliyi tərəfindən keçirilmiş müsabiqənin
nəticələrinə əsasən, SABAH qruplarına 738 tələbə qəbul
olunub.
Qeyd edək ki, SABAH qruplarının Azərbaycanda fəaliyyət
göstərən 34 ali təhsil müəssisəsinin birinci kurs
tələbələrindən 53 ixtisas üzrə müsabiqə yolu ilə
formalaşdırılması nəzərdə tutulub. Müsabiqə prosesi üç
mərhələdən
-
elektron ərizələrin qəbulu, test imtahanı və müsahibə
mərhələsindən ibarət olub.
Elektron ərizələrin qəbulu SABAH qruplarının rəsmi saytı
(www.sabah.edu.az)
vasitəsilə 12 may - 15 iyun 2014-cü il tarixlərində
aparılıb. Elektron müraciət edən 2479 tələbədən 2034-ü
sənədini təsdiqləyib.
SABAH qruplarına test imtahanı 6 iyul 2014-cü il
tarixində Bakıda və Naxçıvan şəhərlərində eyni vaxtda
keçirilib. Test imtahanında iştirak etmiş tələbələrin
imtahan nəticələrinin yekun təhlili aparılarkən
ixtisasların prioritetliyi nəzərə alınıb. Müsahibəyə
buraxılmış 859 tələbədən 843 nəfəri müsahibədə iştirak
edib. |