Sumqayıt
Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman
Baş İdarəsinin təşkilatçılığı ilə məhəllə və
mikrorayonlarda bir sıra idman tədbirləri keçirilib.
Bu tədbirlərdən biri də artıq 4-cü ildir ki, ənənəvi
şəkildə təşkil olunan məhəllə və mikrorayonların
həvəskar şahmatçıları arasında şəhər çempionatıdır.
İyulun14-də start götürən çempionata məhəllə və
mikrorayonların 60 həvəskar şahmatçısı qatılıb. İlkin
mərhələ ümummilli lider Heydər Əliyevin abidəsinin
qarşısındakı istirahət parkında və burada inşa olunmuş
şahmat lövhəsində keçirilib.
Yarımfinal və final oyunları avqustun 10-da keçirilib.
Gərgin idman mübarizəsi şəraitində davam edən yarışların
yekun nəticəsinə görə Rasim Eyvazov, Nizami Məmmədov və
Rövşən Mehrəliyev müvafiq olaraq, birinci, ikinci və
üçüncü yerləri tutublar.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi
Musa Həsənov tərəfindən qaliblərə diplomlar və qiymətli
hədiyyələr təqdim olunub.
Səhifəni hazırladı:
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |