Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət Azərbaycan
yığması Qusar Olimpiya İdman Kompleksində təlim-məşq
toplanışını davam etdirir.
Azərbaycan Güləş Federasiyasının məlumatına görə,
avqustun 16-dan 28-dək Çin Xalq Respublikasının Nancinq
şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya
Oyunlarına hazırlaşan sərbəst güləşçilərimiz son
təlim-məşq toplanışına başlayıb. Böyük məşqçi Əsgərxan
Novruzovun, məşqçilər Vahid Məmmədov və Rövşən Hacıyevin
rəhbərliyi altında 6 güləşçi iştirak edir.
Yeniyetmələrin Olimpiya Oyunlarının sərbəst güləş
yarışlarında ölkəmizi Teymur Məmmədov (63 kq) və İqbal
Hacızadə (100 kq) təmsil edəcəklər.
Yeniyetmə yunan-Roma güləşçilərimiz isə Olimpiya
Oyunlarına Xaçmaz Olimpiya İdman Kompleksində
hazırlaşırlar. Bu idman növü üzrə Çində Cabbar Nəcəfov
(50 kq) və İslambek Dadov (69 kq) yarışacaqlar. |