Aylin
Nəcəfli 2007-ci ildə Bakıda anadan olub. Beş yaşında
"Kaspi" Təhsil Mərkəzinin məktəbəqədər hazırlıq kursuna
daxil olub. Bakıdakı 267 nömrəli məktəb-liseyin şagirdi,
dərs əlaçısıdır. O, A.Şaiq adına Azərbaycan Dövlət Kukla
Teatrının nəzdindəki "Oyuq" teatr studiyasının balaca
aktrisasıdır. "Key Fatimə", "Maşa", "Göyçək Fatimə", "Qafqaz
əsiri" və digər filmlərdə müxtəlif rolları ifa edib. "Spase"
telekanalında yayımlanan "Mən böyümüşəm" verilişində
fəal iştirakına görə diplomla mükafatlandırılıb.
Sevindirici haldır ki, Bolqarıstanın Varna şəhərində
uşaqlar arasında keçirilən "Golden Sparkles European
Music Festival"ına ikinci dəfə qatılan ölkəmizi bu dəfə
"Addım" Gənclər Təşkilatının dəstəyi ilə Abdulla Şaiq
adına Dövlət Kukla Teatrının aktirisası, 7 yaşlı Aylin
Nəcəfli təmsil elib. "Tıq-tıq xanım" cizgi filminin "Soundtrak"ını
ifa edən balaca Aylin ilk gündən münsiflərin diqqətini
cəlb edib. Festvalın ikinci günü isə o, musiqisi
Cahangir Zülfiqarov, sözləri Elçin Nəsirliyə aid "İşıqlı
dünya" mahnısını ifa edib. Nəticədə 7 yaşlı ifaçı
yaşıdları arasında "Ən yaxşı ifaçı" kimi
mükafatlandırılıb. Aylin Nəcəfliyə qalib adını
qazandığına görə Bolqarıstanın məşhur rəssamı Nataliya
Vəliyevanın rəsm əsəri də hədiyyə olunub.
Qeyd edək ki, 30-a yaxın ölkənin qatıldığı festivalda
Azərbaycanın nümayəndə heyətinə fəlsəfə elmləri doktoru
Hüseyn Cavadzadə rəhbərlik edib. O, münsiflər heyətində
də prodüser olub. Festival haqqında təəssüratlarını
bölüşərkən deyib ki, Aylin çox gözəl musiqi duyumuna
malikdir, istedadlı bir qızcığazdır. Mən onun gələcəkdə
daha böyük uğurlar qazanacağına ümid bəsləyirəm.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |