Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) səyyar
seminarda iştirak üçün müsabiqə elan edir.
RAGB-nin idarə heyətindən bildiriblər ki, Rusiyanın
Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva
Rusiya Federasiyasının ali təhsil müəssisələrinə daxil
olmaq üçün qəbul sınaqlarından uğurla çıxmış bütün
birinci kurs tələbələrini təbrik edir və onları RAGB-nin
birinci kurs tələbələri üçün keçirilən ilk səyyar
seminara dəvət edir.
Tədbir sentyabrın 20-21-də Kaluqa vilayətinin "Etnomir"
Mədəniyyət və Təhsil Mərkəzində keçiriləcəkdir. Seminar
iştirakçıları RAGB-nin fəaliyyəti ilə tanış olmaqla
bərabər, bu qeyri-formal qurumun mütəxəssislərinin
rəhbərliyi ilə xüsusi treninqlərdə iştirak edəcəklər.
Seminarın sonunda tələbələri RAGB-yə üzv seçmək nəzərdə
tutulur.
Seminara Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin
fəaliyyəti ilə tanışlığa maraq göstərən və öz
yaradıcılıq potensialını üzə çıxarmaq istəyən hər kəs
dəvət olunur.
AzərTAc |