Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Avqsut 2014 - №31

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb

 

2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.

Müsabiqəyə 2975 vakant yer çıxarılıb. Müsabiqədə iştirak etmək üçün 1-15 iyul 2014-cü il tarixlərində 17962 nəfər ərizə verib, onlardan 16810 nəfərin ərizəsi təsdiqlənərək müsabiqənin ikinci mərhələsinə, test imtahanlarına buraxılıb.

İmtahanlar 2014-cü il iyul ayının 21-dən 27-dək davam edib. İmtahanlarda iştirak etmiş 13544 nəfərdən 1837-si müsabiqənin üçüncü mərhələsinə-müsahibəyə buraxılıb. 30-31 iyul və 1 avqust tarixlərində keçirilmiş müsahibələrin nəticələrinə görə 1304 nəfər vakant müəllim vəzifələrini tutmaq hüququ qazanıb.

Ötən ildən fərqli olaraq cari ildə işə qəbul üzrə müsabiqə qısa müddətdə yekunlaşıb, imtahan mərhələsi 1 həftə müddətində, müsahibələr isə 3 gün ərzində keçirilib.

Vakant qalan yerlər, həmçinin yeni yaranmış vakansiyalar bir daha təhlil ediləcək və əlavə yerləşdirmə aparılacaqdır. Müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tutmaq hüququ qazanmayanlar 25-29 avqust 2014-cü il tarixlərində "Şəxsi səhifə"sinə daxil olaraq vakant yerlərdən ən çoxu 4-nü seçə bilərlər. 29 avqust 2014-cü il tarixində saat 18:00-da əlavə yerləşdirmə başa çatacaq, dərhal yerləşdirmə aparılacaq və vakant yer tutmaq hüququ qazananlar üçün sentyabrın 1-də müsahibə keçiriləcəkdir. Müsahibənin vaxtı və yeri barədə "Şəxsi səhifə"yə məlumat göndəriləcəkdir. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov