18 avqust 2014-cü il tarixində saat 11:00-da təhsil
naziri Mikayıl Cabbarov Göyçay şəhərindəki Heydər Əliyev
Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları
rəhbərlərinin 2014-cü ilin avqust ayında şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq,
Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarında yaşayan
vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 12, 13, 14 və 15
avqust 2014-cü il tarixlərində Təhsil Nazirliyinin
Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar
xətt" xidməti) zəng etməklə və ya "Elektron müraciət"
bölməsi
http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul
vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki,
qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən
ərizə ilə müraciət etsinlər. |