Təhsil naziri Mikayıl Cabbarov "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə
Komissiya tərəfindən təsdiq olunmuş tələbələrin növbəti
qrupu ilə görüşüb.
Görüş zamanı nazir tələbələri təbrik edərək onlara
təhsillərində uğurlar arzulayıb və dövlətimizin gənclərə
göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu
bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali
məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan
nazir onların ölkəmizin dinamik inkişaf prosesinə
layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə
Komissiya tərəfindən müsbət rəy verilmiş tələbələrin
növbəti qrupu təhsilini Böyük Britaniya, Türkiyə,
İsveçrə, Kanada, Macarıstan, ABŞ, İtaliya, İsveçrə və
İsveçdə bakalavriat, magistratura, rezidentura və
fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər. Bu
tələbələr arasında Corc Vaşinqton, Corctaun, Upsala,
London İqtisadiyyat Məktəbi, Toronto kimi dünyanın
aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş
gənclərimiz yer alır.
Hazırda 2014-2015-ci tədris ili üçün xaricdə təhsil üzrə
Dövlət Proqramı çərçivəsində müsahibələr davam edir. |