Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Avqsut 2014 - №31

 

ADU-nun tələbələri xüsusi kartlardan istifadə edəcəklər

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Dillər Universitetində (ADU) 2014-2015-ci tədris ilində növbəti innovativ tətbiqin həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, universitetə yeni daxil olmuş tələbələr üçün kartlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən hazırlanacaq. Bu məqsədlə ADU ilə Dövlət Agentliyi arasında bu il fevralın 21-də imzalanmış niyyət protokoluna əsasən mütəmadi tədbirlər həyata keçirilir.

ADU-nun ictimaiyyətlə əlaqələr depar

tamentindən AzərTAc-a bildirmişlər ki, Dövlət Agentliyi tərəfindən hazırlanacaq tələbə kartları çoxfunksiyalılığı ilə seçiləcəkdir. Kartlara ilk növbədə çip və barkod yerləşdiriləcəkdir ki, bu da tələbənin universitetə giriş və çıxış saatlarını, universitetdə qalma müddətini təyin etməyə imkan verəcəkdir.

Yeni kartlar vasitəsi ilə təqaüdlərin alınması, tələbə yeməkxanalarında yerləşdiriləcək xüsusi aparatlarda ödənişlərin rahat aparılması, eyni zamanda, müasir imkanlardan istifadə yolu ilə innovativ həllər təmin ediləcəkdir.

Tələbələr kartların köməyi ilə kitabxanaların xidmətindən faydalana biləcəklər. Gələcəkdə bu sistemin nəqliyyatın intellektual idarəetmə mərkəzinə qoşulması təmin edildikdən sonra kartlardan ictimai nəqliyyatda da istifadə etmək mümkün olacaqdır.

Tələbələr yeni dərs ilinin əvvəlində kartları ödənişsiz şərtlərlə əldə edə biləcəklər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov