Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və
yaddaqalan təşkili hər zaman Səbail Rayon İcra
Hakimiyyətinin diqqət mərkəzində olub. Rayonun Qarabağ
müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və
imkansız ailələrin uşaqları, təhsildə və idmanda
fərqlənən şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq
kəndində tərbiyə olunan, ümumilikdə 250-dən çox
yeniyetmə Quba şəhərinin ən mənzərəli yerində yaradılmış
hərbi-vətənpərvərlik təmayüllü "Şahinlər" yay istirahət
düşərgəsinə yola salınıblar. Yolasalma mərasimi Daxili
Qoşunların hərbi orkestrinin ifasında Azərbaycan
Respublikasının Dövlət himninin səslənməsi ilə başlanıb."Sahil
bağı"nda təşkil olunan mərasimdə çıxış edən Səbail
Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə
Prezidenti cənab İlham Əliyevin yeniyetmə və
gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə
məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda
tərbiyə olunması istiqamətində gördüyü işlərdən,
yeniyetmələrə olan diqqət və qayğıdan söz açıb. Bu
istiqamətdə Səbail rayonunda görülən işlər və həyata
keçirilən layihələrdən danışan natiq uşaqlara şən və
yaddaqalan istirahət arzulayıb. Qeyd edilib ki,
yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinin
möhkəmləndirilməsi istiqamətində növbəti belə tədbir
avqust ayının 18-dən Azərbaycan Respublikası Müdafiə
Nazirliyi ilə birgə Qusar rayonunda da təşkil olunacaq.
Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə
alınaraq bir gün əvvəl istirahətə göndərilən uşaqlar və
onların valideynlərinə orada istirahətin təşkili, daxili
qaydalar, keçiriləcək tədbirlər barədə ətraflı məlumat
verilib.
Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun
orta məktəblərində çalışan idman və ibtidai hərbi
hazırlıq müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı
Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən
ibarət qrup da düşərgəyə təhkim olunub. Onlar burada
aparılacaq hərbi hazırlıq, təlim-tərbiyə işlərində
yaxından iştirak edəcəklər.
Yola düşməzdən əvvəl gənc "şahinlər" ulu öndər Heydər
Əliyevin abidəsini ziyarət edərək önünə təzə-tər çiçək
dəstələri qoyublar. |